Sentyabrın 17-də bir qrup şəxs ABŞ-ın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Polis aksiyaya müdaxilə edib, onların səfirliyə yaxınlaşmasına imkan verməyib.
“Azadlıq” radiosu xəbər verir ki, ondan çox adam saxlanıb, Nəsimi rayon polis idarəsinə aparılıb. Aksiya iştirakçıları Məhəmməd peyğəmbər haqda ABŞ-da çəkilən filmə etiraz ediblər, filmi pisləyən şüarlar səsləndiriblər.