“İslamın məsumiyyəti” filminin rejissoru Nakoula Basseley Nakoula federal qurumlara təhvil verilib
Dünyanı ayağa qaldıran “İslamın məsumiyyəti” filminin rejissoru Nakoula Basseley Nakoula polis tərəfindən evindən götürülərək federal qurumlara təhvil verilib. İlk dəfə göstərilən Nakoulanın sifəti ictimaiyyətdən gizlədilib. Polis keçmişdə fırıldaqçılıq ittihamıyla həbs olunan 55 yaşlı Nakoulanın şərti azadlıq şərtlərinin pozub-pozmadığını yoxlayacaq.
Polis rəsmisi Stiv Utimor Kaliforniya ştatının Kerritos şəhərindəki evindən götürüldüyünü, ancaq rejissorun həbs edilmədiyini bildirib. O, Nakouladan sadəcə ifadə alınacağını söyləyib. Əlavə edək ki, qalmaqallı filmin rejissoru 2010-cu ildə saxta sənədlərdən istifadə etməklə ayrı-ayrı şəxslərin bank hesablarından pul çəkmək və firildaqçılığa görə 21 ay şərti azadlıqdan məhrum edilib.