Ərdoğan Suriya hakimiyyətinin devrilməsinin an məsələsi olduğunu dedi
Suriyada vəziyyətin getdikcə ağırlaşmasına baxmayaraq BMT Təhlükəsizlik Şurası Suriya məsələsində çıxılmaz vəziyyətlə üz-üzə qalıb. Rusiya və Çin Əsəd hökumətinə qarşı yeni sanksiyalar təklifinə növbəti dəfə veto qoyub. ABŞ Suriyada hərbi əməliyyatlar keçirmək istəmir və müxalifət qüvvələrinin vahid qüvvəyə çevrilməsi səylərini artırıb.
Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Suriya rejiminin devrilməsinin qaçılmaz olduğunu və Bəşər Əsədin sonuna az qaldığını bildirib.Ərdoğan Ukraynanın Yalta şəhərində keçirilən beynəlxalq konfransda çıxış edərək bildirib ki, Suriyadakı gərginliyin bütün regiona yayılma təhlükəsi realdır.