Rusiyada azərbaycanlı biznesmen güllələnib

Rusiyanın Dərbənd şəhərində azərbaycanlı biznesmen güllələnib. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, naməlum şəxs Firuz Ağayeva atəş açıb və daha sonra gizlənib.

Hadisə dünən gecə saatlarında baş verib. Şəhərin girəcəyində yolqırağı kafelərdən birindən çıxan biznesmenin yanında rayon yığıncaqlarından birinin deputatı da olub. Naməlum şəxs onlara yaxınlaşaraq F.Ağayevə atəş açıb və o hadisə yerindəcə ölüb. Deputatın isə heç bir xəsarət almadığı deyilir.

Polis Ağayevi vuran şəxsin avtomobilini müəyyənləşdirə bilib. Belə ki, cinayətkar biznesmenə “Vaz-2114” markalı avtomobildən atəş açıb.