Məktəb açılışında Ramil Usubovun nə işi var?

Ölkənin məmurlar arasında bölünməsinə daha bir əcaib nümunə

Daxili işlər naziri Ramil Usubov Hacıqabulun beş kəndində yeni tikilmiş və əsaslı təmir olunmuş məktəblərin açılışında iştirak edib. Məktəb açılışında daxili işlər nazirini iştirakı qəribə görünə bilər.
Amma Azərbaycan reallığında qəribə görünməməlidir. Çünki YAP iqtidarı ölkəni məmurlar arasında bölüb. Hacıqabul isə Ramil Usubovun payına düşüb. Bu baxımdan da rayondakı məktəb açılışlarında təhsil naziri Misir Mərdanov deyil, daxili işlər naziri qatılıb. Bununla da hakimiyyət ölkəni məmurlar arasında böldüyünü bir daha açıq şəkildə nümayiş etdirib.