Liviyadan səfirin öldürülməsiylə bağlı ilk rəsmi açıqlama

Parlament sədri ABŞ konsulluğuna hücumun əvvəlcədən planlaşdırılmış hücum olduğunu dedi

Liviyanın Benqazi şəhərində ABŞ konsulluğuna hücum və səfir Kristofer Stevensin öldürülməsiylə bağlı ilk rəsmi açıqlama yayılıb. Liviya parlamentinin sədri Məhəmməd Yusif əl Məqarif konsulluğuna təşkil edilən hücumun planlı olduğunu və dəqiqliklə reallaşdırıldığını bildirib. Parlament sədri “AFP” agentliyinə açıqlama verən Məqarif başqa ölkələrdə yaşananları şərh etmək istəmədiyini deyərək Liviyada baş verənlərin xüsusi incəliklə icra edilmiş əməliyyat olduğunu söyləyib.