Daha bir ölkədə ABŞ konsulluğuna hücum oldu

Avstraliyalı müsəlmanlar Sidneydəki diplomatik korpusa girməyə cəhd edib

Avstraliyanın ən böyük şəhəri Sidneydəki ABŞ-ın baş konsuluğuna müsəlmanların hücumu olub. Yayılan məlumatlara görə, polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Məhəmməd peyğəbərin təhqir edildiyi “İslamın məsumiyyəti” adlı filmə etiraz edən Sidney sakinlərinin sayı minədək olub.

Əksəriyyətinin kişilər təşkil etdiyi aksiya iştirakçılarının əllərində “Bizim ölülərimiz cənnətdə, sizinkilər isə cəhənnəmdədir”, “Peyğəmbəri təhqir edən şəxsi cəzalandırın” kimi yazılar əks olunmuş plakatlar tutublar. Onlarla etirazçı konsulluğun binasına daxil olmağa çalışsa da polislər onların qarşısı ala bilib. Polislər arasında xəsarət alanların olduğu bildirilir. Bundan sonra aksiya iştirakçıları Hayd-parka toplaşaraq ABŞ əleyhinə şüarlar səsləndiriblər.