Hərbi komissarlıqlarda həbslər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə əməkdaşı tutulub.
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə rayonunda əməliyyat keçirilib. Əməliyyat nəticəsində xidmətin Saatlı rayon şöbəsinin rəisi İlqar Atayev, Daşkəsən rayon şöbəsinin rəis müavini Ramil İsmayılov, Göyçay rayon şöbəsinin əməkdaşı Maarif Nəsibov korrupsiya faktı ilə əlaqədar saxlanılıblar. Onlar rüşvət almaqda təqsirli bilinirlər.

Məlumata görə, hazırda xidmətin digər rayon şöbələrində də yoxlamalar aparılır. Daha bir neçə nəfərin həbs ediləcəyi gözlənilir.