Azərbaycan hakimiyyəti Qəbələni ikinci siyasi mərkəzə çevirmək niyyətindədir. Bu barədə yayılan məlumatlarda Qəbələnin yeni siyasi mərkəzə çevrilməsi Ilham Əliyevin Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla Qəbələdə görüşməsi, ölkə başçısının məhz oradan siyasi çıxışlar etməsilə izah edilir.
“Azadlıq”a daxil olan xəbərlərdə isə deyilir ki, hökumətdə belə bir plan hələ bir müddət əvvəl olub. Bildirilir ki, Qəbələ RLS-lə bağlı Rusiya ilə razılığa gəlinməməsinin kökündə də bu məsələ dayanır. Məlumatlara görə, hakimiyyət RLS-i sökmək, ən yaxşı halda isə başqa bir əraziyə köçürmək niyyətindədir.
Hələ bir müddət əvvəl “Azadlıq” məlumat yaymışdı ki, Qəbələ fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindən çıxarılıb. Artıq “fövqəlnazir”in cənnətə çevirdiyi bu rayon Paşayevlərin əlindədir. Bildirilir ki, Qəbələnin Kəmaləddin Heydərovun əlindən alınması da rayonu siyasi mərkəzə çevirmək niyyətindən irəli gəlir.
Azad