“Azadlıq”ın saytına yenə hücum olub

Dünən axşam saatlarından başlayaraq saytımıza növbəti dəfə hücum olub. Serverdən aldığımız məlumata görə, hücum 69.167.156.26 ünvanlı İP-dən gəlib. Hücum “SYN Flooding attack” deyilən hücum növüdür. Serverə nəzarət edən mütəxəssislər hücumun qarşısını alıblar. Amma buna baxmayaraq saytın fəaliiyəti nisbətən zəyifləyib. Saytın idarə panelində çətinliklər yaranıb.