Misir prezidenti Məhəmməd Mursi bu gün Brüsselə gedir. Bu, onun iyun ayında prezident seçiləndən sonra Avropaya ilk səfəridir. O Avropa Birliyi rəhbərliyi ilə danışıqlar aparacaq. Misir prezidentinin nümayəndəsi bildirib ki, əsas vəzifə Avropa Birliyi ilə əməkdaşlığa yeni təkan vermək və Misirin investisiya potensialının müzakirəsidir.
Avropa Birliyi Misirin əsas ticarət tərəfdaşıdır. Brüsseldən sonra Mursi İtaliyaya gedəcək (“Azadlıq” radiosu).