Şimali Qafqaz yenidən qarışdı

Dağıstanda və Çeçenistanda polislərə hücum oldu

Şimali Qafqaz yenidən terror aktlarının mərkəzinə çevrilib. Son iki gün ərzində bölgədə Rusiya təhlükəsizlik qüvvələrini hədəf alan 3 qanlı olay həyata keçirilib. Ötən gün Dağıstanın Xasavyurt şəhərində naməlum silahlılar polislərə hücum edib.
Silahlılarla təhlükəsizlik əməkdaşları arasında yaşanan qarşıdurmada 1 polis həlak olub, ikisi isə yaralanıb. Polislərə hücum edənlər hadisə yerindən qaçıblar.
Rusiya Daxili Işlər Nazirliyindən yayılan açıqlamada bildirilib ki, srağagün isə Çeçenistanda 1 polis əməkdaşı naməlum şəxslər tərəfindən oldu silahla qətlə yetirilib. Çeçenistanda polis idarəsinə hücum edən silahlılar binaya əl qumbarası atıb. Içəridə olan polislər silahlılara atəş açsa da, onları vura bilməyib.
Bölgədə rus təhlükəsizlik qüvvələri ilə islamçı silahlılar arasında qarşıdurmalar Şimali Osetiyaya da sıçrayıb. Şimali Osetiyanın Inquşetiya sərhədinin yaxınlığında yerləşən Priqorod şəhərində xüsusi təyinatlılarla silahlılar arasında yaşanan qarşıdurmada 2 yaraqlının öldürüldüyü bildirilir.