BŞ-ın Benqazidəki konsulluğuna hücum əvvəlcədən planlaşdırılıbmış. ABŞ hökuməti bildirib ki, hücumda silahlı «Ansar ash-Sharia» və «Əl Qaidə islam Məqribində» qruplaşmalarının iştirakı istisna olunmur.
ABŞ prezidenti Barak Obama hücum edənlərin məsuliyyətə cəlb ediləcəklərini bildirib. O, bu hücumun Liviya ilə münasibətlərə zərər vurmayacağını da bildirib.
Obama bütün dünyadakı ABŞ diplomatlarının təhlükəsizliyinin gücləndirilıməsi göstərişi verib.
Avropa Birliyi və NATO hücumu pisləyib (“Azadlıq” radiosu).