Avropa ölkələrində yaşayan azərbaycanlı siyasi mühacirlər Müsavat Partiyasının üzvü, gənc fəal Nigar Yaqublunun həbsinə etiraz edən bəyanat yayıblar. Bəyanatda deyilir:
Bu günlərdə Azərbaycanda baş vermiş və faciəvi nəticəyə səbəb olan yol-qəza hadisəsinə görə Müsavat Partiyasının üzvü, gənc fəal Nigar Yagublu haqqında 11 sentyabr 2012-ci il taixində Abşeron rayon məhkəməsi tərəfindən Azərbaycan məhkəmə praktikasında çox nadir hallarda rast gəlinən bir qərar çıxararaq iki aylıq həbs qətimkan tədbiri seçməsini, ölkə ictimaiyyəti kimi, biz Avopada yaşayan siyasi muhacirlər də üzüntü ilə qarşıladıq. Xüsusilə gənc fəalın yol-qəza hadisəsi zamanı aldığı xəsarətlər, keçirdiyi stress nəzərə alınmadan onun dərhal həbsə atılması bizi mütəəsir etdi. Xaricdə yaşayan azərbaycanlılar olaraq, Azərbaycanın dəyərli demokratlarından biri, rəhmətlik Aydın Acalovun vəfatından kədərləndiyimizi bildirməklə yanaşı, bu hadisədən istifədə edib Nigar Yaqublunu məhz siyasi mövqeyinə görə həbsə atmağı pisləyirik. Qeyd edirik ki, Nigar Yaqublunun həbsi zamanı hüquq-mühafizə orqanlarının birgə verdiyi məlumatda onun müxalifətçi olmasının xüsusi qabardılması bu prosesin arxasında siyasi hakimiyyətin dayandığını təsdiqləyir. Hesab edirik ki, bu, humanizm prinsiplərinə zidd qərar olmaqla bərabər, Azərbaycanın beynalxalq nüfuzuna xərəl gətirəcək hərəkətdir. Hamıya aydındır ki, bu qərar cıxarılarkən Nigar Yaqublunun və valideynlərinin siyasi mənsubiyyəti əsas götürülüb.
Təsadüf ucbatından baş vermiş bu yol-qəza hadisəsi Nigar Yaqublu həbsə alınmadan da araşdırıla bilər və istintaqın obyektiv, qərəzsiz və ədalətli aparılacağı təqdirdə şübhəsiz, onun təqsirsizliyi sübut olunacaq.
Avropada yaşayan siyasi mühacirlər olaraq ümid edirik ki, ölkə rəhbərliyi, hüquq-mühafizə orqanları qanunçuluğu, ictimai rəyi, Nigar Yaqublunun gəncliyini nəzərə alaraq Abşeron rayon məhkəməsinin yanlış qərarının dəyişdirilməsi, gənc fəalın dərhal azadlığa buraxılması yönündə təxirəsalınmaz və təsirli tədbirlər görəcək.
Eldəniz Yusibov – Azərbaycanlı Siyasi Mühacirlərin Dünya İttifaqı; Hollandiya
Rəşad Sadıqov – Odlar Yurdu Təşkilatı; Hollandiya
Fikrət Hüseynli – Yeni Müxalifət Hərəkatı: Hollandiya
Əsəd Qasımov- Flevoland Azərbaycanlıları Cəmiyyəti;Hollandiya
Samit Məmmədli – Nederland Azərbaycan Kültür Mərkəzi;Hollandiya
Azər Ramizoglu -Azərbaycanda Demokratiyaya Dəstək Komitesi;Hollandiya
Əli Hacılı- Azeriunited Təşkilatı; Hollandiya
Ilham Həsən – Franktfurt Azərbaycan cəmiyyəti; Almaniya
Intiqam Məmmədov – Dusseldorf Azərbaycan cəmiyyəti; Almaniya
Yusif Abulov – Mainiz Azərbaycanlıları Cəmiyyəti; Almaniya
Ədalət Quliyev – Dünya Azərbaycanlıları Birliyi; Belçika
Sərdar Ağayev – “Xəzər” cəmiyyəti; Isvec
Əli Ağayev – “Prometey” təşkilatı; Isveç
Teymur Eminbəyli – Bütöv Azərbaycan Təşkilatı; Isvec
Isa Sadıqov – “Odlar Yurdu” təşkilatı; (ehtiyatda olan polkovnik): Norvec
Fikrət Nəsirov – Isvec
Mübariz Əzimli – Isvec
Rahib Kazımlı – Isvec
Hacı Hacılı – Isvecrə
Sarvan Rizvanov – Almaniya
Elman Aliyev – Almaniya
Sabir Budaqov – Hollandiya
Orduxan Teymurxan – Hollandiya
Kamal Qasımlı – Hollandiya
Elxan Alibəyli – Hollandiya
Ataxan Əbilov – Hollandiya
Eli Ibrahimzadə – Hollandiya