Rusiyada təyyarə qəzası: 10 ölü

Sentyabrın 11-də Rusiyada “An-28” təyyarəsi qəzaya uğrayıb. Petropavlovsk-Kamçatka-Palan reysi ilə uçan təyyarədə 14 sərnişin və 2 heyət üzvü olub.

Kamçatkaya qəza enişi zamanı 10 nəfər həyatını itirib. Saat 12:48 radələrində təyyarə ilə əlaqə itib. Təyyarə “Mi-8” axtarış vertolyotu vasitəsilə Kamçatkada Pyatibratka dağında 900 metr yüksəklikdə aşkarlanıb (lent.az).