Liviyada ABŞ səfiri və üç amerikalı diplomatın öldürülməsindən sonra prezident Barak Obama ilk dəfə açıqlama verib. Bu hücumu kəskin tənqid edən Obama dinlərə qarşı iftiraya qarşı olduğunu, lakin Liviyada amerikalı diplomatların öldürülməsinə səbəb olan şiddəti də qınadığını deyib. ABŞ dövlət başçısı Liviya rəsmilərini lazım olan hər şeyi etməyə, eyni zamanda bütün hökumət nümayəndələrini dünya miqyasında amerikalı diplomatların təhlükəsizliyini təmin etməyə çağırıb.
Hücumdan sonra Liviya dövləti baş verənlərə görə üzr istəyib. Ölkə prezidenti Məhəmməd Yusif Əl Magarif belə bir hücumun islama yaraşmadığını və Amerika xalqından, bütün dünyadan üzr istədiyini dilə gətirib (“Qafqazinfo”).