Yayılan iddialara görə, Ağ evdən İsrail baş nazirinin görüş istəyinə “prezident çox məşğuldur” cavabı verilib
İsrailin populyar qəzetlərindən biri “Haaretz” rəsmi mənbələrə istinadən baş nazir Benyamin Netanyahunun ABŞ prezidenti Barak Obama ilə yaxın günlərdə görüşmək istədiyini, anac Ağ ev rəhbərinin bu tələbi rədd etdiyini bildirib. Qəzetə danışan mənbə Netanyahunun sentyabrın sonunda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının toplantısından sonra Obamayla görüşmək istədiyini, hətta görüş üçün Vaşinqtona getməyə hazırlaşdığını deyib. Ancaq Ağ evdən İsrailə Obmanın çox məşğul olduğu və Netanyahu ilə görüşə bilməyəcəyi bildirilib.
Bu iddia iki ölkənin arasının İranın nüvə obyektlərinə hücumla bağlı dəydiyini göstərir. Əlavə edək ki, yayılan iddiadan qısa müddət öncə Netanyahu ABŞ-ın İsrailin İrana hərbi müdaxiləsinə mane olmasını ədalətsiz addım adlandırmışdı. İsrailin baş naziri ABŞ dövlət katibi Hillari Klintonun “sanksiyalara və diplomatiyaya zaman verilməlidir” açıqlamalarına sərt münasibət bildirmişdi.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Tomi Veytor Obamanın Netanyahuyla görüşmək istəmədiyinə dair iddiaaları təkzib edib. Sözçü liderlərin görüşə bilməyəcəklərini onların eyni zamanda Nyu-Yorkda olmayacaqları ilə əlaqələndirib.