i aliyev11

İlham Əliyevin Şəki səfəri etiraza səbəb olub

i aliyev11Zavodu söküb yerində muzey tikmək şəkililəri qəzəbləndirib

Ilham Əliyevin Şəki səfəri rayonda ciddi etiraza səbəb olub. Şəkidən daxil olan məlumatlara görə, buna səbəb rayonda beton zavodunun sökülməsidir. Bu zavod sökülərək yerində Heydər Əliyevi muzeyi inşa edilib.
Ilham Əliyevin Şəki səfəri də həmin muzeyin açılışını etməklə bağlı olub. Şəkililər ölkə başçısının yüzlərlə insanın dolanışıq yeri olan bir müəssisəsinin sökülərək yerindən muzey tikilməsindən, Ilham Əliyevin bu məsələyə heç bir reaksiya verməməsindən, əksinə təmtaraqla muzeyin açılışını etməsindən hiddətləniblər.
Şəkidəki beton zavodu rayonda işləyən bir neçə müəssisədən biri imiş. Bildirilir ki, zavodun yenidən qurulması üçün başqa bir ərazidə yer ayrılıb. Lakin zavodda çalışanlar müəssisənin yenidən qurulacağına inanmırlar.

Azad