Generalın obyektləri Paşayevlərin nəzarətinə keçir
Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun obyektlərinə əl qoyulub. “Azadlıq”a daxil olan məlumatlara görə, hakimiyyətdə əsas söz sahiblərindən olan Paşayevlər Bəylər Əyyubovun nəzarətində olan obyektləri ondan almağa başlayıblar.
Məlumatlarda bildirilir ki, artıq Göygöl rayonunda generala məxsus şərab zavodu onun nəzarətindən çıxıb. Iddialara görə, hazırda zavodun səhmlərinin 51 faizi Paşayevlərə, 49 faizi isə Bəylər Əyyubova məxsusdur. Lakin generalın səhmdarlığı da formal xarakter daşıyır. Zavod tam olaraq Paşayevlərin əlinə keçib.
Azad