Barselonada müstəqillik çağırışları

1,5 milyon Kataloniyanın azadlığını tələb edib

Barselonada Kataloniyaya müstəqillik verilməsi tələbi ilə keçirilən nümayişdə 1,5 milyona yaxın adam iştirak edib. “BBC”-nin verdiyi verdiyi məlumata görə, yürüş başlamazdan əvvəl şəhərin mərkəzi qırmızı-sarı bayraqlı adamlarla dolu olub. Bu, tarixdə Kataloniyanın müstəqilliyi tələbi ilə keçirilən ən böyük aksiya olub. Bu il ayrı-ayrı siyasi qüvvələri təmsil edən nümayiş eştirakçıları Barselonanın mərkəzində “Kataloniya – Avropanın yeni dövləti” şüarı ilə yürüş keçiriblər.

İspaniyada çoxları separatçı şüarlarla belə kütləvi nümayişin keçirilməsini hökumətə vergi paktına yenidən baxılması üçün təzyiq kimi qiymətləndirirlər. Kataloniya millətçilərinin fikrincə, muxtar vilayət İspaniya büdcəsindən aldığından çox vəsait ödəyir.