Kəmaləddin Heydərovun ölkəyə idxal olunan ərzaq məhsullarının qiymətinə “əl gəzdirib”
Azərbaycanda yeni bahalaşma dalğası başlayıb. Bahalaşma əsasən ərzaq mallarını əhatə edir. Konkret olaraq son bir neçə gündə ölkəyə idxal olunan toyuq məhsullarının qiymətində 60 qəpik artım olub. Bundan başqa Zellandiya yağının qiymətində bahalaşma müşahidə olunur.
Yaxın vaxtlarda topdansatış məntəqələrində digər ərzaq məhsullarının da bahalaşacağı bildirilir. Ərzaq mağazalarının sahibləri topdansatış məntəqələrində qiymətlərin hansı səbəbdən artırıldığının səbəbini bilmirlər. “Topdansatış məntəqələrində bu barədə heç nə demirlər. Qiymətlərin artırılmasına hər hansı əsas göstərmirlər”,- deyə mağaza sahibləri “Azadlıq”a bildiriblər.
Ərzaq məhsullarının, xüsusilə toyuq məhsulları və müxtəlif növ ərzaq yağlarının ölkəyə idxalı fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindədir. Ona görə də qiymət artımının “fövqəlnazir”in xəbəri olmadan baş verməsi inandırıcı görünmür.
Azad