ABŞ Rusiya ilə bazarlığa gedir

Ağ ev Kremlə Bəşər Əsədə verdiyi dəstəyi dayandırması qarşılığında İrana müdaxilə olmayacağı vədini verib

ABŞ-ın Suriyada Bəşər Əsədin hakimiyyətdən getməsi üçün səylərini artırdığına dair iddialar yayılıb. Yayılan xəbərlərə görə, ABŞ Bəşər Əsədin getməsinə qarşı çıxmasına baxmayaraq, Rusiyaya İrana yönəlik hərbi müdaxilə olmayacağı vədini verib. Yaxın şərqli rəsmilərə istinadən yayılan xəbərdə bildirilir ki, Ağ Ev İrana hücum etməyəcəyinə dair Rusiyaya zəmant verib. Qarşılığında isə Rusiyadan Bəşər Əsədə verilən dəstəyin dayandırılmasına dair zəmanət istəyib.

Dolaşan iddialarla bağlı rəyi soruşulan suriyalı rəsmi Rusiyaya güvəndiklərini bildirib. O, Rusiyanın Suriya hakimiyyətinə dəstəyini davam etdirəcəyini söyləyib. Rəsmi həmçinin Türkiyənin Bəşər Əsəd əleyhdarlarına hərbi dəstəyi artırdığını deyib. Rəsmi Qətər, Səudiyyə Ərəbistanının Türkiyə vasitəsilə suriyalı üsyançılara silah göndərdiyini də vurğulayıb.