Kamikadze polis idarəsi önündə özünü partlatdı: 1 ölü, 7 yaralı…
Türkiyənin Istanbul şəhərində Sultanqazi mərkəzi polis idarəsində partlayış baş verib. Kamikadze tərəfindən törədildiyi ehtimal edilən partlayış nəticəsində 1 nəfər polis həlak olub, həmçinin 4-ü polis olmaqla, 7 nəfər yaralanıb.
Terror aktını törədən şəxsin kimliyi artıq müəyyənləşib. Intiharçının PKK terror təşkilatının siyasi qollarından biri olan “DHKP-C”nin üzvü Ibrahim Çuhadar olduğu aşkarlanıb.
Yayılan məlumatlara görə, üzərinə partlayıcı kəmər bağlayan intiharçı polis idarəsinə girməyə cəhd göstərsə də, qapıda dayanan polis əməkdaşı onu dayandırmağa çalışıb. Intiharçı bunu görüncə üzərindəki partlayıcıları işə salıb. Terrorçu özünü partlatmamışdan əvvəl polis idarəsinin giriş qapısından içəri əl qumbarası atıb. Qumbara partlamayıb, bundan sonra o, özünü partladıb.
Hadisə yerinə gələn kriminalistlər kamikadzenin parçalanmış cəsədini aşkarlayıblar.