İsraildən sonra Birləşmiş Ərəb Əmirlikləri də İranı vurmaqla hədələyib. Dubay polisinin şefi general Dahi Halfan Tamim deyib ki, Tehran rejimi BƏƏ ərazisində terrorçu qrupların fəaliyyətinə dəstək verməyə davam etsə ölkəsi İranın hərbi obyektlərinə hava zərbələri endirəcək.
“Haaretz” qəzetinin yazdığına görə, BƏƏ İranın ölkədəki casus şəbəkəsinin mövcudluğundan xəbərdardır və bu şəbəkənin zərərsizləşdirilməsi üçün çalışır.