tarasov-politoloq

“Qarabağın həlli Azərbaycanın demokratikləşməsindən asılıdır”

tarasov-politoloqRusiyalı politoloqdan NATO baş katibinin Bakıdakı bəyanatına ilginc şərh

Rusiyalı politoloq Stanilsav Tarasov Ramil Səfərovun Azərbaycana ektradisiya olunması və dərhal azadlığa buraxılması ətrafında yaranmış gərginlik, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun amerikalı həmkarı Hillari Klintonla Vladivastokda görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirəsiylə bağlı fikirlərini bölüşüb. Politoloq “regnum” informasiya agentliyinin saytında yayımlanan məqaləsində bildirib ki, Səfərovun azadlığa buraxılması həssas olan Bakı-İrəvan münasibətlərini daha da gərginləşdirməklə yanaşı Dağlıq Qarabağ probleminin həlli prosesinə ciddi zərər vurub.

Tarasovun fikrincə, Səfərovla bağlı məsələ Bakı və İrəvan üçün test əhəmiyyəti daşıyırdı. Azərbaycan Ramil Səfərovun azadlığa buraxılacağından sonra Ermənistanın həddindən artıq qəzəblənəcəyini öncədən bilsə də buna məhəl qoymadı. Gərginlik fonunda NATO baş katibi Anders foq Rasmussenin Azərbaycana səfəri və onun Bakıda demokratiyanın inkişafıyla bağlı çağırışlarını şərh edən rusiyalı politoloqun sözlərinə görə, Qərb rəsmi Bakı qarşısında növbəti yoxlama testi qoyub. Tarasov əlavə edib ki, Qərb münaqişəylə bağlı hazırki status-kvonun Azərbaycanın demokratikləşməsinə qədər saxlanılmasını daha uyğun görür. Status-kvonun dəyişməsi Azərbaycanın demokratikləşməsindən asılıdır.