Əhməd Şəfiq ölkəyə girən kimi qandallanacaq
Misirdə Mübarək rejimi devrildikdən sonra keçirilən prezident seçkilərində namizəd olmuş, Mübarək hökumətinin sonuncu baş naziri Əhməd Şəfiq barəsində həbs qərarı çıxarılıb. Qərar eks baş nazirin də adının hallandığı korrupsiya və qanunsuz yollarla varidat əldə etmə ittihamıyla bağlı aparılan istintaqın gedişi zamanı verilib.
Misirli rəsmilərin açıqlamalarına görə, keçmiş baş nazir devrilmiş diktator Hüsnü Mübarəkin oğullarının qanunsuz faəliyyətləri və korrupsiya əməllərinə şərik olmaqda şübhəli bilinir. Əhməd Şəfiqin adı ötən ay sözügedən ittihamlardan dolayı ölkədən çıxışı qadağan olunanlar sırasına salınmışdı. Hazırda Birləşmiş Ərəb Əmirliklərində olan eks baş nazir ölkə ərazisinə daxil olacağı təqdirdə həbs ediləcək.
Xatırladaq ki, Əhməd Şəfiq Misirdə keçirilən son prezident seçkilərində indiki ölkə başçısı Məhəmməd Murisyə qarşı mübarizə aparırdı. O, ikinti tura keçən iki namizəddən biri olmuşdu. İkinci turda isə 5 milyondan çox səs almasına başxmayaq prezident seçilə bilməmişdi. Əhməd Şəfiq 1996-2002 illər arasında Misir Hərbi Hava Qüvvələrinin komandiri postunu tutub. Mübarək rejiminə qarşı etirazlar başlanandan sonra ölkənin baş naziri təyin olunmuşdu.