Əsəd hakimiyyətdən getmə şərtini deyib

Suriya diktatoru Bəşər Əsədin hakimiyyətə hazır olduğuna dair növbəti iddia yayaılıb. Türkiyə mediasının xəbərinə görə, Bəşər Əsəd rusiyalı rəsmilərə təkbətək görüşü zamanı hakimiyyətdən getməsi üçün şərtlərini açıqlayıb. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov suriyalı üsyançılar və fransız diplomatlarla Parisdəki görüşündən sonra “Le Figaro” qəzetinə açıqlama verib. Nazir müavini açıqlamasında Əsəd rejiminin hələ də çox güclü olduğunu və xalqın əksəriyyətinin Bəşər Əsədin yerinə gələcək adamlardan ehtiyat etdiyi üçün hazirki prezidenti dəstəklədiyini bildirib.

Boqdanov deyib ki, Bəşər Əsəd hakimiyyətdən bir şərtlıə getməyə hazırdır. Əgər xalq onu yox başqasını seçərsə Əsəd hakimiyyəti təhvil verəcək:“Əsəd gedəcəyini özü bizə dedi. Nə qədər səmimi olduğunu bilmirəm. Amma bizə açıq-aydın bunu dedi ki, əgər xalq onu istəməzsə, əgər seçkilərdə xalq başqa birini seçərsə, hakimiyyətdən gedəcək”.