Bakıda toyda həkimlər zəhərləndi

Zəhərlənənlər arasında gəlin də var

Sentyabrın 8-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən “Pluton” şadlıq sarayında qidadan zəhərlənmə hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, toy mərasimində iştirak edən M.Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasının 4 həkimi qidadan zəhərlənib. Onlar dərhal Füzuli küçəsində yerləşən həmin xəstəxanaya gətiriliblər və buraya yerləşdiriliblər.