Sürücü hadisə yerindən qaçıb, yaralılar isə xəstəxanaya yerləşdirilib
Bakıda daha bir sərnişin avtobusu qəzaya uğrayıb. Paytaxtın Sabunçu rayonu ərazisində “Koroğlu” metrosunun yaxınlığında “Daewoo” markalı orta tutumlu 54 saylı sərnişin avtobusu aşıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində bir neçə insan xəsarət alıb. İçərisində sərnişinlərin dolu olduğu avtobusun sürücü hadisə yerindən qaçıb. Hələlik xəsarət alanların sayı barədə ətraflı məlumat verilmir.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidovanın verdiyi məlumata görə, avtobusda xəsarət alanlardan bir nəfər 3 saylı xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə səbəbləri araşdırılır.