Bakı-Qazax yolunda körpü uçdu (VİDEO)

Leysan yağışlar magistiral yolun Göyçay ərazisindən keçən hissəsində ciddi problemlər yaradıb

Dünən gecə saatlarında yağmağa başlayan leysan xarakterli yağışlar Bakı-Qazax magistiral yolunun Göyçay ərazisindən keçən hissəsində ciddi problemlər yaradıb.

Belə ki, güclü yağış nəticəsində yaranan sel hər iki istiqamət üzrə gedən körpünü dağıdıb, yolları kəsib. Hazırda Bakı-Qazax magistiralının həm də rayonun 2-ci Ərəbli kəndi istiqaməti üzrə hərəkət dayandırılıb.

Sürücülər Ağdaş və digər rayonlara hərəkət etmək üçün altenativ yol kimi Ucar-Yevlax yolundan istifadə edə bilərlər.