ABŞ-dan Ramil Səfərovla bağlı ikinci tələb

Dövlət Departamenti Azərbaycan hökumətini Macarıstan qarşısında götürdüyü öhdəliklərə əməl etməyə çağırdı

Macarsıtanda NATO təlimlərində iştirak edərkən erməni zabiti qətlə yetirdiyi üçün ömürlük həbsə məhkum olunan Ramil Səfərovun Azərbaycana ekstardisiya olunması və İlham Əliyev tərəfindən əfv edilərək azadlığa buraxılması ətrafında yaranmış qalmaqala ABŞ Dövlət Deprtamenti münasibətini açıqlayıb.

Departamentin sözçüsü Viktoriya Nuland keçirdiyi brifinqdə bildirib ki, ABŞ Azərbaycan hökumətinin Ramil Səfərovun ekstradisiyası və əfv olunmasıyla bağlı Macarıstan hökuməti qarşısında götürdüyü öhədikləri yerinə yetirmətə çağırır. Sözçü əlavə edib ki, Vaşinqtonun Azərbaycanın Macarıstan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyiylə bağlı müəyyən narahatlıqları var.