Üzgüçümüz Paralimpiya çempionu oldu

Azərbaycan idmançısı, Paralimpiya Oyunlarının dördqat gümüş medalçısı Natali Pronina Böyük Britaniyanın paytaxtı Londonda keçirilən XIV Paralimpiya Oyunlarında qızıl medala sahib olub.

100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışlarında mübarizə aparan idmançımız Natali Pronina 1,16.17 saniyə göstərici ilə həm də dünya rekordunu təzələyib (ans press).