Ziya Məmmədov qəzalardan ciddi narahat olub
Sərnişindaşıma nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan alınır. Bu barədə qəzetimizə Nəqliyyat Nazirliyinə yaxın mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Lökbatanda 124 saylı sərnişin avtobusunun qatarla toqquşmasından sonra Ziya Məmmədov ciddi narahatlıq keçirməyə başlayıb.
Çünki bu faciəvi olay növbəti dəfə sübut etdi ki, sərnişindaşıma sahəsindəki problemlərin, qəzaların kökündə idarəetmənin yarıtmaz olması dayanır. Məlumat üçün deyək ki, Ziya Məmmədov sərnişindaşımanı tam olaraq ələ keçirib və bununla oğlunun rəhbərlik “Transqeyt” şirkəti məşğul olur. Nəqliyyat naziri bu hadisədən sonra yol-qəza hadisələrinin təhlililə bağlı işçilərinə 15 gün vaxt verib. Bu barədə Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, əslində Ziya Məmmədov qəzaların nədən baş verdiyini gözəl bilir. Və nazir bununla bağlı ciddi tədbirlər görməyi planlaşdırır. Ziya Məmmədov ehtiyat edir ki, vaxtilə sərnişindaşıma sahəsindən sıxışdırıb çıxartdığı oliqarxlar bu faktlardan istifadə edərək ona ciddi zərbə vura bilərlər. Bu baxımdan özünü sığortalamaq üçün qabaqlayıcı tədbirlər görmək niyyətindədir. Bu tədbirlərin nəticəsi olaraq isə sərnişindaşıma Anar Məmmədovdan alınacaq.
Azad