kamal-samirserifov

Samir Şərifovla Kəmaləddin Heydərovun maliyyə toqquşması

kamal-samirserifovMaliyyə naziri fəlakət zonalarına vəsait ayrıldığını, “fövqəlnazir” isə bunun əksini deyir

Maliyyə naziri Samir Şərifovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasında ciddi qarşıdurma yaranıb. “Azadlıq”a daxil olan məlumatlara görə, bunun kökündə fəlakət zonaları Sabirabad və Zaqatalada əhəmiyyətli işlərin görülməməsi dayanır. Bu isə həmin rayonlarda narazılığı daha da artıb.
Bu məsələ Ilham Əliyevə çatdırılıb. Ölkə başçısı baş verənlərlə maraqlandıqda Kəmaləddin Heydərov Maliyyə Nazirliyinin hələ də, vəsait ayırmadığını iddia edib. Maliyyə naziri Samir Şərifov isə öz növbəsində bildirib ki, hər iki rayonda fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərə vəsait ayrılıb. Lakin vəsait təyinati üzrə xərclənməyib. Kəmaləddin Heydərovun, yoxsa Samir Şərifovun doğru danışması barədə bizdə bilgi yoxdur. Yalnız o bəllidir ki, hazırda iki nazir arasında bu məsələyə görə gərcinlik yaşanır.
Məlumat üçün deyək ki, Samir Şərifovla Kəmaləddin Heydərovun münasibətləri əvvəldən yaxşı olmayıb. Bunun səbəbi “fövqəlnazir”in uzun müddət Maliyyə Nazirliyini nəzarətinə götürmək uğrunda mübarizə aparmasıdır. Kəmaləddin Heydərov maliyyə naziri postuna yaxın çevrəsinə daxil olan Hesablama Palatasının sədri Heydər Əsədovu gətirmək istəyib. Samir Şərifov maliyyə naziri təyin ediləndə Heydər Əsədov nazirlikdə xəzinədarlığın rəhbəri olub. Kəmaləddin Heydərovun planlarından xəbərdar olan maliyyə naziri bu postu tutduqdan bir müddət sonra Heydər Əsədovu işdən çıxarıb. Bununla da özünə Kəmaləddin Heydərov kimi rəqib qazanıb.

Azad