Norveç şahzadəsi zibilyığan oldu (FOTOLAR)

Mete Marit Oslo küçələrini dolaşaraq zibil topladı

Norveçin paytaxtı Osloda vəliəhd şahzadə Haakonun həyat yoldaşı şahzadə Mete Marit bələdiyyə işçiləriylə birlikdə zibil yığıb. Zibildaşıyan maşına minən şahzadə küçələri gəzərək zibil torbalarını şəxsən toplayıb. Şahzadə bu azmış kimi zibilləri növlərinə görə ayrılması prosesinə də kömək edib. O, zibillərin necə yandırılaraq enerjiə çevrildiyini də izləyib.

Haraddrug bölgəsində geyimlərin yenidən istifadə edilə biləcək hala gətirildiyi mərkəzi gəzən şahzadə Mete Marit bunları söyləyib:“Mən bazar geyimləriylə böyüdüm. Onun üçün istifadə edilmiş geyimləri yaxşı bilirəm. Bunda iyrənəcək, utanacaq bir şey yoxdur. Osloda bazarda gəzmək, alver etmək zövqümü oxşayır. Bəzi geyimlər geyilə bilməyəck halda olduğu üçün yandırılır. Halbuki insanlar istifadə etməyəcəkləri geyimləri daha yaxşı qoruyub, bu mərkəzlərə verə bilərlər”.