ulduz fali

Günün ulduz falı (08.09.12)

QOÇ

Romantik görüş üçün münasib gündür. Yeni məlumatı tez mənimsəyirsiniz. Ehtimal ki, gələn həftə işgüzar müstəvidə ciddi uğurlarınız olacaq. Təəssüf ki, yaxınlarla aranızda fikir ayrılığı da yaşanacaq.

BUĞA

Yeni işləri əlinizə götürə bilərsiniz. Əvvəlcədən qurduğunuz plan üzrə hərəkət edin ki, sonradan həyəcanlanmayasınız. Fiziki iş, idmanla məşğul olmaq üçün münasib gündür.

ƏKIZLƏR

Günün birinci yarısı zehni iş üçün əlverişlidir. Günün ikinci yarısı isə ətrafdakılara yardım baxımından əlverişlidir. Yəni, istənilən faydalı, xeyriyyə məqsədli işlə məşğul ola bilərsiniz.

XƏRÇƏNG

Bəzi problemləri onlara düzgün yanaşdığınıza görə həll edə bilirsiniz. Bu gün yola çıxsanız, çətinlikləriniz ola bilər. Bu çətinliklər istənilən gecikmələrdən, yaxud da sənədlərin düzgün olmamasından doğa bilər.

ŞIR

Günün birinci yarısında mənasız söz-söhbət ucbatından mübahisələrə girişəcəksiniz. Bürcün bəzi nümayəndələri daha küsəyən olacaq. Bəzi “Şir”lərin isə maddi durumlarının yaxşılaşacağı bildirilir.

QIZ

Bu günün devizi belədir: “Hər yoldan keçənin kampaniyasında oturmaqdansa, təkliyi seçin”. Sakitçilikdə qeyri-adi ideyaya müəlliflik edə bilərsiniz. Romantik və ya dostluq görüşlərinin baş tutması üçün günün ikinci yarısını seçin.

TƏRƏZI

Gün daxilən rahatlıq bəxş edəcək. Sizi əhatə edən dünyaya başqa gözlə baxacaqsınız. Bu zaman diqqətinizdən yayınanları tez sezəcəksiniz. Axşam saatları münasibətlərin bərpası, şəxsi müstəvidəki problemlərin həlli üçün münasibdir.

ƏQRƏB

Dünənkindən fərqli olaraq, bu gün daha yaxşı keçəcək. Buna baxmayaraq, bəzi narahatlıqlar da xali deyil. Bu da əsasən sizin dəyişkən əhvalınızla bağlıdır. Gah gülüb, gah qəmlənməyin mənası heç özünüzə də bəlli deyil.

OXATAN

Işgüzarlıq səviyyəniz çox yüksəkdir. Işdə və karyeranızda vacib suallara cavab tapacaqsınız. Şəxsi müstəvidə də vəziyyət pis deyil. Bununla belə, bu gün siz ətrafdakıların hisslərinə laqeyd yanaşacaqsınız.

OĞLAQ

Çox uğurlu gündür. Əhatənizdə olanları yaxşı başa düşəcəksiniz, kimdən nələri gözlədiyinizi də yaxşı biləcəksiniz. Gün elmi tədqiqat işləri, təhsil baxımından məhsuldardır.

DOLÇA

Stresli situasiyadan qaçmaqla, gününüzü sakit keçirməyə çalışın. Yaxşı olar ki, dincəlməyə zaman ayırasınız. Belə gedərsə, əsəb sisteminiz sıradan çıxacaq. Bu gün qadınların dəstəyinə xüsusi ehtiyacınız var.

BALIQLAR

Sərbəst çalışmaq yorucudur, amma mənasız əməkdaşlıqdansa o, daha effektlidir. Səfərə çıxa bilərsiniz. Yaxud da dostları ziyarət etmək, gəzmək üçün əlverişli gündür.