ARDNŞ prezidenti PA-nın sabiq şöbə müdiri Yusif Hümbətovu işsiz qoymağa çalışır
“Azərsutikinti” ASC ləğv edilə bilər. Bu barədə məlumatı “Bizim yol” qəzeti yayıb. Məlumatda deyilir ki, yaxın vaxtlarda Ilham Əliyevin “Azərsutikinti” ASC-nin ləğv edilərək səlahiyyətlərinin “Azərsu”ya veriləcəyi barədə sərəncamı gözlənilir.
Iddialara görə, “Azərsutikinti”nin ləğv olunması Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin səyləri nəticəsində baş verir. Məlumat üçün deyək ki, Rövnəq Abdullayev “Azərsu”nun rəhbərliyinə müavini gətirməklə bu quruma nəzarəti ələ keçirib.
Məlumata görə, “Azərsutikinti”nin rəhbəri Yusif Hümbətovun Rövnəq Abdullayevin planlarını pozmağa çalışıb. Lakin bü cəhdi baş tutmayıb. Bildirilir ki, su təhcicatı ilə bağlı layihələr “Azərsutikinti”nin səlahiyyətində olsa da, onlar “Azərsu”ya həvalə edilir.
Xatırladaq ki, Yusif Hümbətov vaxtilə Prezident Administrasiyasında ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışıb.