Azı 20 nəfər öldürülüb
Suriyanın Hələb şəhəri ölkədə davam edən döyüşlərin mərkəzinə çevrilib. Suriya İnsan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, ötən gün şəhərin müxtəlif bölgələrində baş vermiş silahlı qarşıdurmalar nəticəsində azı 20 nəfər öldürülüb. Təhlükəsizlik qüvvələri Zəhra rayonunda üsyançılara qarşı əməliyyatlar keçirib.
Həvəskar çəkilmiş kadrlarda yaşayış məntəqələrinin dağıdıldığı, yandırıldığı və yerli məscidlərdən birinin yanında partlayış törədildiyi müşahidə olunur. Mülki vətəndaşlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Kadrlarda İordaniya ilə sərhəd rayonlarında baş vermiş silahlı qarşıdurmaların görüntüləri öz əksini tapıb. Müxalifətinin iddialarına görə, şəhərin 60 faizi üsyançıların nəzarətində olsa da, hava məkanının Əsəd ordusunun əlində olması üsyançıların mübarizisini daha da çətinləşdirir.