İnönünün nəvəsindən Ərdoğana “146 azəri” cavabı

Baş nazir Rəcəb Tayyib Ərdoğanın 1945-ci ildə CHP hökumətinin 146 azərbaycanlı ziyalını Stalin rejiminə təhvil verməsi haqda söylədiklərinə İsmət İnönünün nəvəsi, CXP Ankara millət vəkili Gülsün Bilgəhan cavab verib.

Gülsün Bilgəhan bildirib ki, dövlət adamı əvvəlcə öz vətəndaşının təhlükəsizliyini və milli mənafelərini müdafiə etməlidir: “1945-ci ildə soyuq müharibə şərtlərində Türkiyə beynəlxalq müqavilələrə sadiq qalaraq sərhəddən girən Azərbaycanlı qaçqınları Rusiyaya təhvil vermək məcburiyyətində qalıb. Deməli, hökumət Stalinin bir sərhəd məsələsini bəhanə edib Türkiyəyə hücum etməsinin qarşısını bu şəkildə alıb” (TRT Azərbaycan).