ulduz fali

Günün ulduz falı (06.09.12)

QOÇ
Günün hadisələri sizi məqsədə doğru aparacaq. Sizə lazım olana çatmaq şansı böyükdür. Bu üzdən də hərəkətdə olun ki, məqamı itirməyəsiniz. Daşınmaz əmlakın kirayəyə verilməsi, alışı və ya tikinti işlərilə məşğul olmaq üçün münasib gündür.
BUĞA
Başqalarının ehtiyacına, istəklərinə qarşı biganə durmayacaqsınız. Ünsiyyət baxımından əlverişli gündür. Yaradıcılıq potensilı da yüksəkdir. Bu günə romantik görüş təyin etmık olar. Ehtimal ki, gözlənilməz təklif alacaqsınız. Təklifi qəbul etməyinizə isə peşman olmayacaqsınız.
ƏKIZLƏR
Ətrafınızda baş verənlərə baxmayaraq siz sakitliyinizi qoruyub saxlayacaqsınız. Bu, həsədaparıcı mövqedir. Ətrfadkılar sizə təzyiq göstərməyə çalışacaq. Siz isə öz bildiyiniz kimi hərəkət edəcəksiniz. Təklikdə işə başlamağa qorxmayın.
XƏRÇƏNG
Büdcə planlaşdırması və ya maliyyə məsələlərinin müzakirəsi baxımından uğurlu gündür. Gün yeni nələrinsə öyrənilməsi baxımından da əlverişlidir. Günün gedişi gələcək planlara nəzər salmağa vadar edəcək. Professional mövqeyinizi möhkəmlətmək üçün məhsuldar gündür.
ŞIR
Inadkarlıq, məqsədə çatmaq əzmi sizə yardımçı olacaq. Buna görə də çətin tapşırıqlardan yapışmaq olar. Axşamüstü vacib informasiya alacaqsınız. Ehtimal ki, ailədə liderlik üstündə mübahisə yaşanacaq. Günün ikinci yarısı ictimai yerlərin ziyarəti üçün münasibdir.
QIZ
Istənilən çətin işlərin həlli üçün münasib gündür. Bu gün hərəkətə keçməyə sizə yalnız işləmək istəyinin olmaması maneə ola bilər. Elə ki, daxili “düşməninizə” qarşı çıxa bildiz, deməli, situasiya yaxşılığa doğru inkişaf etməkdədir. Məhsuldar əməkdaşlıq da gözlənilir.
TƏRƏZI
Adi gün deyil. Intellektual zəhmət kifayət qədər rahatlıq gətirəcək. Problemlərin həlli yolunu tapacaqsınız və buna görə özünüzlə fəxr edəcəksiniz. Günün ikinci yarısına uğurlu səyahət gözlənilir. Ehtimal ki, qiymətli hədiyyə və ya pul alacaqsınız.
ƏQRƏB
Sakitliyinizi həmişə qoruya bildiyiniz üçün ətrafdakılar yardıma üstünüzə qaçacaqlar. Istənilən başlanğıc üçün uğurlu gündür. Amma bu gün yaxınlarla birbaşa dil tapa bilməyəcəksiniz. Sevgilinzlə aranızda mübahisə olacaq. Olanları yumorla qarşılamaqla davanın qarşısını alacaqsınız.
OXATAN
Işgüzar danışıqlar üçün münasib gündür. Mötəbər şəxslərlə aranızda fikir ayrılığı olmayacaq. Ehtimal ki, uzun müddətli müqavilə imzalayacaqsınız, hansıki sizin gələcəyiniz ondan asılıdır. Ailədə mübahisələrdən qaçın. Ehtimal ki, yeni tanışınız olacaq. Ulduzlar ona aşiq olmamağa çağırır, sonluq uğurlu deyil.
OĞLAQ
Məqsədə çatmağa çalışacaqsınız. Müttəfiqlərlə ünsiyyətdə olmaq üçün münasib gündür. Həyata baxışlarınız üst-üstə düşən adamları ətrafınıza toplayacaqsınız. Köhnə romantik münasibətin bərpası da gözlənilir. Köhnə hisslər baş qaldırmasına özünüz də təəccüblənəcəksiniz. Ailəli “Oğlaq”lar üçün gün uşaqlarının qayğı və sağlamlığının qeydinə qalmaqla bağlı olacaq.
DOLÇA
Günü sakit başa vurmaq istəyirsinizsə, onda sakitliyinizi qorumağa çalışın. Tez reaksiya tələb etməyən işlərə köklənməyiniz məsləhətdir. Yolunu azmış birisinə yaxşı məsləhətlər verəcəksiniz. Bürcün bəzi nümayəndələri ədəbiyyatla bağlı olduqlarını kəşf edəcəklər.
BALIQLAR
Rəqiblərinizi çox geridə qoyacaqğınız ehtimal olunur. Hansısa işgüzar, amma sizin üçün xoş olmayan bir qadının işlərinizə müdaxilə etməsi günün arzuolunmaz anı olacaq. Bu gün hisslərin sizi idarə etməsinə izn verməyin. Mövqeyinizi sakit müstəvidə müdafiə edin. Köhnə dostunuz xoş xəbərlə sizi sevindirəcək.