Elnur Baimova vəzifə verdilər

“Gün.az” saytının, eləcə də bir neçə digər internet layihələrinin sahibi Elnur Baimov dövlət qurumunda yeni vəzifəyə təyin olunub. Modern.az saytı APA-nın yaydığı məlumatı Elnur Baimovun özündən dəqiqləşdirməyə çalışıb. E.Baimov xəbəri təsdiqləsə də, hansı dövlət qurumunda işə götürüldüyünü hələlik açıqlamaq istəməyib.

Bununla belə, Modern.az araşdırma nəticəsində onun hansı dövlət qulluğuna götürüldüyünü dəqiqləşdirib. Məlum olub ki, Elnur Baimov bundan sonra Nəqliyyat Nazirliyi sistemində işləyəcək. Nazirlikdəki mənbədən saytımıza bildirilib ki, E.Baimov Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində Bakı şəhərinin nəqliyyat əməliyyatları üzrə direktoru vəzifəsinə təyinat alıb.