Abdullah Gül PKK-çılarla görüşən deputatı təyyarəsinə buraxmadı

Türkiyə prezidenti Abdullah Gül millət vəkili Adil Kurtu “cəzalandırıb”.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Abdullah Gül PKK-nın üzvləri ilə qucaqlaşaraq şəkillər çəkdirən Sülh və Demokratiya Partiyasının (BDP) millət vəkilinə qarşı sərt reaksiya göstərib.

Belə ki, Gül AK parti, CHP və MHP millət vəkilləri ilə birgə Qaziantepdə baş verən terror hücumunda həlak olmuş şəhidlərin dəfn mərasimində iştirak edib ordan Bişkekdə keçiriləcək sammitə getməli idi. O zaman terror təşkilatı olan PKK-nın üzvləri ilə qucaqlaşaraq şəkillər çəkdirən Hakkari millət vəkili Adil Kurtun adı prezidentin təlimatına uyğun olaraq Qırğızıstan ziyarətinə qatılacaq heyətin siyahısından çıxarılıb. Məlumata görə, Abdullah Gül Kurtun o hərəkətinə çox əsəbləşərək onu təyyarədə görmək istəmədiyini bildirib.
Adil Kurt isə bildirib ki, bu məsələ ilə bağlı prezidentin açıqlamasını gözləyir: “Mənə səyahətdən əvvəl zəng edərək adımın siyahıdan çıxarıldığını dedilər. Amma niyə bu səfərə qatılmadığımı bilirəm”.