Maliyyə vəsaiti ölkənin inkişafına xərclənəcək
Tunisdə tərəvəz satışı ilə məşğul olan gəncin polis zorakılığına etiraz etmək üçün özünü yandırması isə başlanan, sonradan Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyən üsyan dalğasının yaşandığı Yəmən yeni dönəmə qədəm qoyur. 14 ölkə və beynəlxalq təşkilat 22 il hakimiyyətdə olan Əli Abdulla Salehin devrilməsiylə nəticələnən inqilab zamanı dağılan infrastrukturun bərpası üçün Yəmənə 6, 37 milyard dollar yardım edəcəcək. Bu qərar Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda beynəlxalq donorların konfransında qəbul edilib.
Sözügedən maliyyə yardımının 3,25 milyard dollarını təkcə Səudiyyə Ərəbistanı ayıracaq. Qalan məbləği isə Avropa Birliyi, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları təqdim edəcək. Yardım Yəmənin iqtisadi böhranın və inkişaf problemlərinin öhdəsindən gəlməsi üçün veriləcək.