Ankara-Paris gərginliyi yenidən artıb
Türkiyə qondarma erməni soyqrımı haqqında məlumatların tarix və coğrafiya dərsliklərinə salınması ilə bağlı Fransa tərəfinə nota verib. Türkiyə mətbuatının məlumatına görə, Parisdəki Türkiyə səfirliyi bununla bağlı məktubu Fransa XİN və Fransa Təhsil Nazirliyinə təqdim edib. Rəsmi Ankara Fransa hökumətindən dərsliklərdə yer almış məlumatların araşdırılmasını tələb edib. Fransa Təhsil Nazirliyi isə qondarma soyqrımın 2001-ci ildə Fransa tərəfindən tanındığını xatırladaraq “soyqırımı” haqqında materialların dərsliklərə salınmasını normal sayıb.
Xatırladaq ki, son 1 il ərzində qondarma iddiaların Fransa parlamenti səviyyəsində müzakirəyə çıxarılması və “soyqırımı” inkar edənlərin cəzalandırılmasını nəzərtə tutan qanun layihəsinin qəbulu iki ölkə arasında münasibətləri xeyli sarsıdıb. Sözügedən qanun layihəsi parlamentin hər iki palatası tərəfindən təsdiqləndikdən sonra Türkiyə Fransata qarşı sanksiyalar paketi qəbul etdi.
Lakin layihənin Konstitutsiya Şurası tərəfindən rədd edilməsindən və Nikol Sarkozinin yenidən prezident seçilə bilməməsindən sonra bu münasibətlərin yaxşılaşacağl ehtimal olunurdu. Son hadisələr isə onu göstərir ki, Fransua Oland hökuməti də Sarkozinin etdiyini təkrarlamaq niyyətindədir.s