Özbəkistanın paytaxtı Daşkənddə dahi İmadəddin Nəsiminin şeirlər toplusu tərcümə olunaraq işıq üzü görüb. Lent.az-ın məlumatına görə, şeirlər toplusu “Daşkəndin dünya mirvariləri” silsiləsi əsasında tərcümə olunub. Toplunu Usman Kuçarov və Erşaqem Oçilov tərcümə edib.
Toplu ölkənin kitabxanalarında və tədris ocaqlarında istifadə olunacaq.