aliyev-heykel

İlham Əliyev atasını necə bütləşdirir?

aliyev-heykel “Heydər Əliyev muzeylərində onun kəsdiyi lentlər, qayçı və podnoslar saxlanılır”

“Radio Free Europe” Azərbaycanda şəxsiyyətə pərəstişin gücləndirildiyini yazır

“Azadlıq” radiosunun ingilis dilli versiyası “Radio Free Europe” Azərbaycanın keçmış rəhbəri Heydər Əliyevin şəxsiyyətinə pərəstiş və onun bütləşdirilməsindən bəhs edən məqalə yayımlayıb. Məqalənin müəllifi Diana Kyuka Bakının beynəlxalq hava limanından şəhərin mərkəzinə doğru istiqaməti təsvir edir. Bildirir ki, ölkənin dördbir yanında Heydər Əliyev müzeylərinin tikintisi, onun heykəllərinin qoyulması “şəxsiyyətin bütləşdirilməsinə” hesablanıb.
Müəllif bildirir ki, Heydər Əliyevin bütləşdirilməsi onun oğlu, 2003-cü ildə hakimiyyətə gələn İlham Əliyevin idarəçiliyi illərində sürətlənib.
“Siz Heydər Əliyev adına beynəlxalq hava limanına çatırsınız. Hava limanını təkr edən kimi Heydər Əliyev prospekti ilə hərəkət edirsiniz. Yolboyu reklam şitlərindən asılmış mərhum “ümummilli lider”in böyük portetləri sizi müşaiyyət edir. Şəhərin mərkəzinə doğru gedərkən yol kənarında nəhəng Heydər Əliyev mərkəzini görəcəksiniz. Bu bina 250 milyon dollara tikilib. Mərkəzin Əliyevin anadan olmasının 89-cu illiyi münasibətilə açılışı oldu. Ölkə ərazisində 50-dən çox Heydər Əliyev muzeyi fəaliyyət göstərir. Əliyevin kəsdiyi lentlər, qayçılar və podnoslar da muzeydə saxlanılır”, – deyə müəllif yazır.
Diana Kyuka əlavə edir ki, Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə azərbaycansayağı trilogiya filmi çəkilib. Keçmiş “KQB” (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) zabitinin şəxsiyyətinə pərəstiş kampaniyası sürətlənib. Müəllif nümunə kimi deputat Elmira Axundovanın müəllifliyi ilə Heydər Əliyev barəsində çəkilişləri davam edən filmə toxunub: “Film mərhum rəhbərin anadan olmasının 90 illiyinə həsr edilib. Filmin çəkilişləri Moskva, Riqa, Sankt-Peterburq kimi şəhərlərdə gedir. Filmin rejossor heyəti də zəngindir. Rusiya, Ukrayna və Gürcüstanlı rejissorlardan ibarət komanda film üzərində ciddi çalışır”.
Məqalədə daha sonra yazılır ki, Heydər Əliyev SSRİ zamanında yüksək vəzifələr tutsa da, ittifaqın son prezidenti Mixail Qorbaçov onu bütün postlardan uzaqlaşdırıb. Naxçıvana qayıdan Heydər Əliyev özünə güc toplamağa başlayıb və qısa zaman ərzində Muxtar Respublikanın rəhbəri seçilib.
Heydər Əliyevin SSRİ-nin birinci katibi olmuş Leonid Brejnevə isti münasibəti də müəllifin diqqətindən yayınmayıb. Məqalədə yazılır ki, Azərbaycana səfəri zamanı Brejnevə  bahalı hədiyyələr bağışlanıb.