Ötən günsaat 22:00 radələrində Bakının Binəqədi rayonu ərazisində atışma baş verib. Haisə nəicəsində bir nəfər ölüb. Binəqədi rayon prokurorunun köməkçisi Bəsti Emçiyevanın ANS PRESS-ə verdiyi məlumata görə, 39 yaşlı Teyyub Paşayev odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb və 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Lakin Teyyub Paşayevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) və qanunsuz odlu silah saxlama (228) maddələri ilə cinayət işi başlanıb.