Avropa Parlamenti Azərbayacan zabiti Ramil Səfərovun azad edilməsindən narahatdır. Parlamentin sədri Martin Şults Azərbayacan bayrağını təhqir edən erməni hərbçisini öldürdüyü üçün 8 il dən artıq Macarıstanda həbsdə olan, bir necə gün öncə Azərbaycana ekstradisiya edilərək, əfv edilən Ramil Səfərovun azadlığa buraxılmasından narahatlığını ifadə edib.
“Məhkumların ekstradisiyası haqqında konvesiya siyası məqsədlər üçün əsas olmamalıdır. Eyni zamanda Ermənistan və Azərbaycanı vəziyyətin gərginləşməsinə səbəb ola biləcək fəaliyyətdən çəkinməyə səsləyirəm”.