Dövlət televiziyası Misir prezidentinin çıxışını təhrif edib
Misir prezidenti Məhəmməd Mursinin avqustun 26-31-də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilmiş XVI zirvə toplantısında Bəşər Əsəd rejimini hədəf alan fikirləri əsnasında işlətdiyi “Suriya” ifadəsini Iranın dövlət televiziyası “Bəhreyn” kimi təqdim edib.
Ancaq Misirin Xarici Işlər Nazirliyindən yayılan açıqlamada ölkə prezidentinin çıxışında Bəhreyn dövlətinin adının çəkilmədiyi vurğulanıb.
Bəhreyn hökuməti bununla əlaqədar Irana nota verib. Bəhreyn xarici işlər nazirinin müavini Hamid əl-Əmir Iranın Bəhreyndəki səfirliyinin müvəqqəti işlər vəkili Mehdi Islamini bu ölkənin xarici siyasət idarəsinə çağıraraq notanı ona təqdim edib. Sənəddə son hadisənin Bəhreyn-Iran əlaqələrinə zərər verəcəyi qeyd olunub və Iran hökumətinin üzr istəməsi tələb olunub.