Hökumət qüvvələri müxaliflərə dəstək verənlərin evlərini uçurur
Suriyada gərginlik davam edir. Bəşər Əsəd rejimi üsyançılarla yanaşı sadə vətəndaşlara da zorakılıqlarını artırıb. Hökumət qüvvələri müxaliflərə dəstək verən insanların evlərini uçurmağa başlayıb. Əsgərlər paytaxt Dəməşqin sünnilər yaşayan məhəllələrində ev və mağazaları sökməyə başlayıb.
Paytaxt sakinlərinin sözlərinə görə, ordu buldozerlərdən istifadə edir. Evlərin söküntüsü kütləvi xarakter alıb. Hərbçilər sakinlərdən divarlarda müxalifləri dəstəkləyən yazıları silməyi tələb ediblər və onların yerinə Bəşər Əsədin lehinə şüarlar yazıblar. Bölgə blokadaya alındığı üçün orada baş verənlər barədə dəqiq məlumatlar almaq mümkün deyil.